Modern.az

Dünya universitetlərinin reytinqi açıqlandı - Azərbaycandan 3 ali məktəb siyahıya düşüb

Dünya universitetlərinin reytinqi açıqlandı - Azərbaycandan 3 ali məktəb siyahıya düşüb

Təhsil

19 Dekabr 2014, 16:30

Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim - tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. 

“QS” təşkilatı 2014-cü il dekabr ayının 17-də özünün böyük maraq kəsb edən yeni reytinq cədvəlini açıqlayıb. İlk dəfə olaraq Şərqi Avropa, keçmiş sovet ölkələri və Türkiyə daxil olmaqla ümümilikdə 30 ölkədən 368 ali məktəbi tədqiq edib. Bu ölkələrdən 18-i yeni reytinq cədvəlində təmsil edilib.

Modern.az-ın məlumatına görə, bu reytinq cədvəlində Azərbaycandan yalnız 3 ali məktəb yer alıb. Xəzər universiteti  39.6 balla 71-ci yerdə qərarlaşıb. Bakı Dövlət universiteti 39.4 balla Çexiyanın Palacky university in Olomous universiteti ilə 72-73-cü yerləri bölüşdürüb, Qafqaz universiteti isə 38.5 balla 75-ci yerdədir.

Onu da qeyd edək ki, bu reytiq cədvəlinin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir və bu indikator üzrə Xəzər universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.

Maraq üçün qeyd edək ki, bu cədvəldə keçmiş sovet ölkələrindən yalnız 7 ölkə təmsil olunub:  Rusiya 26,  Qazağıstan 8, Ukrayna 6, Litva 4, Azərbaycan 3, Latviya 3, Estoniya 2 və Belarusdan 2 ali məktəb.

Ümumilikdə cədvələ 26 ali məktəblə Rusiya başçılıq edir. Türkiyənin 10, Çexiyanın 10, Qazağıstanın 8, Polşanın 8 ali məktəbi cədvəldə yer alıb.

“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdə əldə edə bilərsiniz:

//www.iu.qs.com/eeca2014-rankings-results/ 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı