ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr 2014-cü il tarixindən başlayaraq 5 yanvar 2015-ci il tarixədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.
“Azəriqaz”dan
Modern.az-a bildirilib ki, 185 nömrəli “qaynar xətt”in və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Birliyin Qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
Modern.az