Modern.az

Dini Komitədə yeni təyinatlar oldu

Dini Komitədə yeni təyinatlar oldu

Təhsil

19 Dekabr 2014, 22:48

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib. Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq  bildirib ki, Əsasnaməsinə görə, Komissiya milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər. Eyni zamanda, Komissiya üzvlərinin Komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər  regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır  ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə Dövlət Komitəsi hərtərəfli dəstək verəcək. Həmçinin, Komissiya üzvləri Dövlət Komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.

Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.

İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin, Komissiyanın katibi təyin edilib.
Komissiyanın sədri DQİDK sədri Mübariz Qurbanlı, katibi isə Nahid Məmmədov olub.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı