Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda mərhum şair-rəssam Adil Mirseyidin “Ruhlarla insanlar arasında” kitabının təqdimatı keçirilib. Vektor Beynəlxalq Elmi Mərkəzinin xətti ilə çap olunan kitabda şairin esseləri cəmləşib.
Modern.az xəbər verir ki, təqdimatdan əvvəl Elmi Mərkəzin rəsmi mükafatı olan “Şahmar Əkbərzadə” Ədəbi Mükafatı 2014-cü ildəki sahiblərinə verilib. İndiyə qədər 52 yazara verilən mükafatın bu ilki laureratları Səlim Babullaoğlu və Qəşəm Nəcəfzadə olub. Daha sonra isə professor Elçin İsgəndərzadə tədbiri açıq elan edib. Tənqidçi Vaqif Yusifli, şairlər Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Vəli Səyyadi və başqaları çıxış edərək şair haqqında xatirələrini danışıblar. Qiraət ustaları tərəfindən Adilı Mirseyidin şeirləri səsləndirilib.


Elmin NURİ