Təcridxanada saxlanılan Rəsul Bayramov ilə vətəndaş Bahar Qədirovanın müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət şərait yaradıb.
4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin baş məsləhətçisi Pərvin Məmmədovanın qeydə aldığı nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.
Ailə quran məhkumlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Gülşən RAUFQIZI