“Ümumiyyətlə, adam özünü necə hiss etməlidir?! Əlbəttə, çox pisəm”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının keçmiş üzvü, politoloq Hikmət Hacızadə deyib.
Onun sözlərinə görə, dolların məzənnəsinin manata nisbətən bahalaşmasından böyük narahatlıq keçirir: “Bir həftəyə yaxındır iqtisadi böhrandan hamı əziyyət çəkir. Dolların məzənnəsinin manata nisbətən kəskin bahalaşması hər bir Azərbaycan vətəndaşı kimi məni də pis duruma salıb. Bu işlərin axırı necə olacaq?! Dolların məzənnəsi qalxan kimi bütün marketlərdə qiymətlər kəllə-çarxa çıxıb. Belə məqamda da məndən əhvalımın necə olmasını soruşursunuz. Konkret olaraq, pisəm”.Hikmət Hacızadə Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü olmamasına aydınlıq gətirmək istəmədiyini də deyib:
“Məni başqa mövzulara görə narahat edin. Müxalifət partiyaları və digər siyasi partiyalarla bağlı məsələlərə görə isə münasibət öyrənməyə cəhd etməyin. Nə ADR, nə də Qubad İbadoğlu haqqında danışmaq istəyirəm. Çox sağ olun”.
Namidə Bingöl