Modern.az

Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Təhsil

4 Mart 2015, 15:07
Rumıniyanın Siyasi və İnzibati Tədqiqatlar üzrə Milli Universitetinin doktorantı Sabina Strimbovchi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təcrübə keçir. 3 aylıq təcrübə müddətində o, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının apardığı xarici siyasət, Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Rusiya münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına göstərdiyi mənfi münasibəti araşdıracaq. 
Fakültənin dekanı, professor Zeynal Həsənalıyev doktorantı qəbul edib və məlum olub ki, Sabina Strimbovchin tədqiqat aparması üçün bütün şərait yaradılıb, o, ingilis dilində materiallarla təmin olunub.  
Doktorantın rəhbəri Beynəlxalq münasibətlər kafedrasını müdiri, professor Ağalar Abbasbəylidir.  


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!