
Ötən gecə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, "Sevilya" klubu öz meydanında "Fiorentina"nı sınağa çəkib. Bu oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn "Sevilya" cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu səfərdə "Napoli"nin qonağı olub. İtaliya təmsilçisi bu matçın favoriti sayılırdı. Lakin yarımfinala qədər "Olimpiakos", "Ayaks" və "Brügge" kimi klubları mübarizədən kənarlaşdıran "Dnepr"in "Napoli"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşdə qalib müəyyənləşməyib. "Dnepr" 81-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub - 1:1.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları mayın 14-də keçiriləcək.