Modern.az

Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE

Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE

Təhsil

Bu gün, 17:17

Peşə Təhsili üzrə Dövlət Agentliyin direktorunun əmrinə əsasən, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilən Şaban Cəərçiyev və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilən Yusif Axundov kollektivə təqdim olunub.

Modern.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilən Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsilini başa vurub.


Əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayan Şaban Cəərçiyev 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib, 2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib. 2024-cü ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.

12 oktyabr 2026-cı il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

***

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilən Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura təhsilini başa vurub.


Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayan Yusif Axundov 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifələrində çalışıb. 2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixracat üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə “Mars FK LTD” MMC-nin direktoru olub. 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

12 oktyabr 2026-cı il tarixindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!