Modern.az

SOCAR neftçiləri təlimlərə cəlb edib

 SOCAR neftçiləri təlimlərə cəlb edib

Təhsil

31 Yanvar 2016, 22:53

 

2015-ci ilin dekabr ayının 4-də SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən qəzadan sonra neftçilər təlimlərə cəlb olunur. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı musavat.com-a təlimlərdə iştirak edən neftçilər verib. SOCAR-ın Xəzərdəki platformada çalışan neftçiləri növbələrlə təlimlərə cəlb olunur.  

Təlimlər Qaradağ rayonunda, SOCAR-ın təsis etdiyi "BOS Shelf" MMC neft şirkətində keçirilir.  

Xatırladaq ki, “Günəşli” yatağında baş verən dəhşətli qəzada 15 neftçi dünyasını dəyişib, 18 neftçi isə itkin düşüb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?