Modern.az

Ağdam sakini əmisini qətlə yetirib

Ağdam sakini əmisini qətlə yetirib

Təhsil

1 Mart 2016, 20:29

 

Ağdamda qətl hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayon sakini Fərəcov Cabir Məhəmməd oğlu əmisi Fərəcov Seymur Fərəc oğlunu bıçaqlayaraq qətlə yetirib.

S. Fərəcovun evində baş tutan məclis zamanı ailə münaqişəsi zəmində mübahisə yaşanıb. Hadisə zamanı bıçaq yarası alan S. Fərəcov Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə Təzəkənd qaçqın düşərgəsində baş verib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV