Modern.az

Milli Məclis COP29 çərçivəsində görüş təşkil etməyi planlaşdırır

Milli Məclis COP29 çərçivəsində görüş təşkil etməyi planlaşdırır

COP29

10 İyun 2024, 23:13

Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaqla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Belarus Dövlət Universitetində professor-müəllim heyəti və tələbələri qarşısında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, görüş barədə təşəbbüs Parlamentlərarası İttifaq tərəfindən irəli sürülüb.

 

Azərbaycanın bu ilin noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibi seçilməsi barədə də tədbir iştirakçılarını məlumatlandıran spiker qeyd edib ki, bu, Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi probleminin həllində göstərdiyi səylərin etirafıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti