Modern.az

Türkiyədə sərnişin avtobusu aşdı: 46 nəfər xəsarət aldı

Türkiyədə sərnişin avtobusu aşdı: 46 nəfər xəsarət aldı

Hadisə

16 İyul 2026, 09:20

Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusu aşıb.

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, İstanbuldan Ordu istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşaraq qəzaya uğrayıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Qəza nəticəsində 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...