Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlərin və qarşılıqlı maraq doğuran regional mövzuların müzakirə ediləcəyi gözlənilir.