Modern.az

"Zirə" bu gün cavab oyununa çıxır

"Zirə" bu gün cavab oyununa çıxır

İdman

16 İyul 2026, 09:14

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Modern.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Gürcüstanda "Torpedo Kutaisi" komandasının qonağı olacaq.

Kutaisidə yerləşən Ramaz Şengeliya adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma "Zirə"nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bu nəticə Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük qazandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi