Modern.az

Tbilisidə İlham Əliyevə dəstək aksiyası

Tbilisidə İlham Əliyevə dəstək aksiyası

Diaspor

27 Yanvar 2024, 13:23

Tbilisi şəhərində 7 fevral 2024-cü il Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədilə avtomobil yürüşü keçirilib.

 

Modern.az xəbər verir ki, diaspor fəalı Fazil Əliyevin təşkilatçılığı ilə baş tutan dəstək aksiyası zamanı Azərbaycan bayrağı və İlham Əliyevin portretləri ilə bəzədilmiş avtomobil karvanı paytaxtın mərkəzi küçələrində hərəkət edib.

 

Yürüşün sonunda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edən aksiya iştirakçıları səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını Prezident seçkilərində fəal iştirak etməyə və qətiyyətli siyasəti ilə xalqımıza inanılmaz Zəfər bəxş edən İlham Əliyevə səs verməyə çağırıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok