Çin ABŞ-ın Cənubi Çin dənizində hərbi aktivliyindən narazılıq edib.
Modern.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ölkənin ərazi sularının yaxınlığında ABŞ-ın “Konnektikut” atom sualtı qayığının fəallığına etiraz edib.
“ABŞ Ordusu Cənubi Çin dənizində kəşfiyyat əməliyyatlarına son verməlidir”-deyə rəsmi Pekin açıqlama verib.