Modern.az

Rusiya İrandan buna görə ballistik raket almır - SƏBƏB

Rusiya İrandan buna görə ballistik raket almır - SƏBƏB

Dünya

6 Mart 2023, 19:36

Rusiya indiyədək İrandan müxtəlif sayda və növdə pilotsuz uçuş aparatları (PUA) alsa da, hələlik ballistik raketləri almaqdan çəkinib.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, Ukraynanın Qərb müttəfiqlərinin cavab olaraq Kiyevə 300 km-ə qədər mənzilli ATACMS raketləri verəcəyindən narahat olduğu üçün Rusiya indiyədək İran ballistik raketlərini almayıb.

 

Qərb rəsmiləri qeyd edirlər ki, Moskva sursat çatışmazlığı səbəbindən İran raketləri ilə bağlı mövqeyini dəyişə bilər.

 

Xatırladaq ki, indiyədək ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyini əsas gətirərək, Kiyevin 300 km-dən çox mənzilli ATACMS raketləri ilə bağlı müraciətlərini rədd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları