Modern.az

Ukraynaya daha 6 ədəd tank göndərilir

Ukraynaya daha 6 ədəd tank göndərilir

Dünya

23 Mart 2023, 23:14

İspaniya Ukraynaya 6 ədəd "Leopard 2A4" tankı göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, tanklar gələn həftənin sonu yola düşəcək.

 

İstehsal zavodunda tankların göndərməyə hazırlanmasına ölkənin müdafiə naziri Marqarita Robles nəzarət edib.

 

“Texnikalar tam işlək vəziyyətdədir. Son atış sınaqlarını keçirmək qalır, bundan sonra işi başa çatdırmaq olar”, - istehsalçı şirkətin baş direktoru Xuan Eskrinya nazirə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI