Modern.az

Məşhur jurnalist deputatlığa namizəd oldu

Məşhur jurnalist deputatlığa namizəd oldu

31 Mart 2023, 09:12

Türkiyədə məşhur jurnalist İrfan Değirmenci deputatlığa namizəd olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş tviter səhifəsində məlumat verib.

 

Baş bildirib ki, partiyadan jurnalistə TİP-in proporsional siyahısından namizəd olmaq təklifi təqdim olunub. İ.Değirmenci təklifi qəbul edib və namizəd olaraq seçkilərə qatılacaq.

 

"Mətbuat dünyamızın güvənilən adlarından əziz İrfan Değirmenci millət vəkilliyinə namizəd olmaq təklifimizi qəbul edərək mübarizəmizə güc qatdı. Ürəkdən təşəkkürümü bildirirəm", - deyə partiya sədri yazıb.

 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. TİP seçkilərə "Əmək və Azadlıq İttifaqı"nın üzvü kimi girir. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı