Modern.az

Davutoğludan partiyalara ÇAĞIRIŞ - Gəlin, fraksiyamızı quraq

Davutoğludan partiyalara ÇAĞIRIŞ - Gəlin, fraksiyamızı quraq

Dünya

26 May 2023, 16:06

Türkiyədə "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ittifaqdakı DEVA, Səadət və Demokrat Partiyalarına çağırış edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu partiyaların deputatlarından ibarət parlament fraksiyası formalaşdırmağı təklif edib.

 

"Gəlin, Məclisdə öz fraksiyamızı yaradaq. Parlamentdə fraksiya zərurətdir", - o deyib.

 

Qeyd edək ki, "Millət İttifaqı" 14 mayda keçirilmiş parlament seçkilərində iki proporsional siyahı ilə iştirak edib. Bunlardan biri İYİ Partiyanın öz siyahısı, digəri isə ittifaqdakı partiyaların cəmləşdiyi CHP siyahısı olub.

 

Qanunvericiliyə əsasən, fraksiya yaratmaq üçün parlamentdə minimum 20 deputatla təmsil olunmaq şərtdir. CHP siyahılarından seçilmiş xırda partiyalardan heç birinin təklikdə bu sayda deputatı yoxdur.

Bu xəbər ilə bağlı
“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!