Modern.az

Mirziyoyev yenidən prezidentliyə namizəd olacaq 

Mirziyoyev yenidən prezidentliyə namizəd olacaq 

Dünya

30 May 2023, 15:04

Özbəkistanın paytaxtı Daşkənddəki “Congress Hall” kompleksində Sahibkarlar və İş Adamları Hərəkatının – Özbəkistan Liberal Demokrat Partiyasının (OZLİDEP) 11-ci qurultayı işə başlayıb.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, burada Qaraqalpaqıstan Respublikası, rayonlar və Daşkənd şəhərindən nümayəndələr iştirak edib.

 

Partiyanın prezidentliyə namizədi elan olunmuş hazırkı dövlət başçısı Şavkat Mirziyoyev qurultayda çıxış edib. Qurultayda Mirziyoyevin seçki proqramı təqdim olunub. Proqram 5 strateji məqsəddən ibarətdir ki, sənəddə həyatın müxtəlif sferalarını əhatə edən müddəalar yer alıb.

 

Qeyd olunub ki, növbəti müddətdə prioritet istiqamət kimi təhsilin inkişafı seçilib.

 

Xatırladaq ki, sabiq baş nazir olan Mirziyoyev 2016-cı ildə eks-prezident İslam Kərimovun ölümündən sonra hakimiyyətə gəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok