Modern.az

Reznikov amerikalı həmkarı ilə danışıqlar apardı 

Reznikov amerikalı həmkarı ilə danışıqlar apardı 

2 İyun 2023, 19:44

Ukrayna müdafiə naziri Aleksey Reznikov amerikalı həmkarı Lloyd Ostin ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Reznikov özünün "Twitter" hesabında məlumat yayıb.

 

O qeyd edib ki, hər iki dövlət Ukraynanın qələbəsini və Avropada sülhün bərpasını təmin etmək üçün fəaliyyətini davam etdirir.

 

Reznikov amerikalı həmkarı və böyük dostu ilə görüşməkdən şad olduğunu bildirib.

 

"Ukrayna-ABŞ tərəfdaşlığı güclüdür. Biz Ukraynanın qələbəsini təmin etmək və Avropada sülhü bərpa etmək üçün çalışmaqda davam edəcəyik", - nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü