Modern.az

Krımda qasırğa - Ölən və yaralananlar var

Krımda qasırğa - Ölən və yaralananlar var

Dünya

27 Noyabr 2023, 14:16

Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım ərazisində qasırğa nəticəsində 1 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Nazirlik əlavə edib ki, yarımadadan 350 nəfər təxliyə edilib. Bundan əvvəl Krımda fırtına səbəbindən yarım milyon insanın işıqsız qaldığı məlum olub. 1 nəfərin də itkin düşdüyü bildirilir. Bundan əlavə, Sevastopol Muzey-Akvariumunda 500-dən 800-ə qədər dəniz heyvanı ölüb.

 

Qasırğa Soçi və Qara dənizin sahilində yerləşən digər şəhərlərdə də fəsadlar yaradıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?