Modern.az

ÜST-dən çağırış - Qəzzaya humanitar yardımlar bərpa olunsun

ÜST-dən çağırış - Qəzzaya humanitar yardımlar bərpa olunsun

Dünya

2 Dekabr 2023, 09:14

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzaya humanitar yardımların atəşkəs dövründə olduğu kimi bərpa olunmasına çağırıb və bölgədə zorakılığın dayandırılmasının vacibliyini vurğulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində müvafiq bəyanat yayıb.

 

Qəzza sakinlərinin daha çox şeyə ehtiyacı olduğunu vurğulayan baş direktor deyib: “Qəzzaya zəruri ləvazimatların tədarükü təcili olaraq bərpa edilməli və ən azı son atəşkəs zamanı əldə edilən səviyyəyə qaytarılmalıdır. Mülki vətəndaşlar müdafiəyə, qidaya, suya, mənzilə, kanalizasiyaya, dərmana və daha çox şeyə ehtiyac duyurlar”.

 

"Yaralılara yardım edilməsinə, tibb işçilərinin isə qayğı göstərmək üçün qorunma və təchizatlara ehtiyacı var. Dəfələrlə xəbərdar etdiyimiz kimi, kütləvi köçkünlük və təhlükəli yaşayış şəraiti xəstəlik riskini artırır”, - deyə ÜST rəhbəri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi