Modern.az

Kolumbiya Fələstində səfirlik açacaq

Kolumbiya Fələstində səfirlik açacaq

Dünya

23 May 2024, 12:24

Kolumbiya Prezidenti Qustavo Petro Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verib.

 

Modern.az "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Luis Gilberto Murillo jurnalistlərə bildirib.

 

Murillo əlavə edib ki, tezliklə daha çox ölkə Birləşmiş Millətlər Təşkilatı qarşısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyə başlayacaq.

 

Xatırladaq ki, Kolumbiya mayın əvvəlində Təl-Əvivdən səfirini geri çağırıb və ölkə prezidenti deyib ki, Qəzzadakı müharibəyə görə İsraillə diplomatik əlaqələri kəsir. Səfirlik mayın 3-də bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?