Modern.az

Sülh sammitində iştirak edəcək ölkələr açıqlandı - SİYAHI

Sülh sammitində iştirak edəcək ölkələr açıqlandı - SİYAHI

14 İyun 2024, 23:54

İsveçrə hökuməti Ukrayna ilə bağlı Sülh Sammitində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, sammitdə dünyanın müxtəlif ölkələrindən və səkkiz beynəlxalq təşkilatdan 96 nümayəndə iştirak edəcək.

 

57 ölkə prezident, vitse-prezident və hökumət başçıları səviyyəsində, 29 ölkə xarici işlər nazirləri səviyyəsində, altı ölkə səfirlər səviyyəsində təmsil olunacaq.

 

Sammitdə iştirak edənlər arasında ABŞ-ın vitse-prezidenti, Fransa və Polşa prezidentləri, Kanada, Böyük Britaniya, İtaliya və Yaponiyanın baş nazirləri, Almaniya kansleri, Gürcüstan prezidenti, Qətər hökumətinin başçısı, o cümlədən Macarıstan, Serbiya, Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirləri var.

 

Sammitdə Qlobal Cənub adlanan ölkələrin bir sıra liderləri də iştirak edəcək.

 

Latın Amerikasını 11 ölkə, Afrikanı isə 13 ölkə təmsil edəcək. Asiyadan ondan çox ölkənin nümayəndələri gələcək.

 

Qərb mətbuatı qeyd edir ki, sammitdə Rusiya ilə sıx əlaqələri olan Çin və Hindistandan da nümayəndə heyəti iştirak edə bilər.

 

İsveçrə hökumətinin açıqladığı siyahını təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq