Modern.az

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları sərtləşdirir - Rusiyaya görə

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları sərtləşdirir - Rusiyaya görə

Dünya

23 May 2024, 12:43

Avropa İttifaqı Rusiyaya dəbdəbəli avtomobillərin idxalına icazə verən boşluğu aradan qaldırmaq üçün Belarusa qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.

 

Modern.az "Financial Times"a istinadən xəbər verir ki, yeni məhdudiyyətlər sanksiyalardan yayınma riskini minimuma endirməyə yönəlib.

 

Yeni sanksiyalar hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiya və malların, eləcə də mayeləşdirilmiş təbii qazın Belarusa və ya onun vasitəsilə ixracını qadağan edəcək. Bundan əlavə, Belarusdan almaz idxalı da qadağaya məruz qalır. Ölkəyə lüks avtomobillərin idxalı da qadağan olunacaq.

 

Aİ ölkələrindən Belarusa avtomobil və avtomobil hissələrinin aylıq satışı 2022-ci ilin yanvarında 50 milyon dollardan bu ilin yanvarında 268 milyon dollara yüksəlib. İxrac əsasən Almaniya və Polşadan həyata keçirilir. İxracda ən böyük artım avtomobillərin ən bahalı kateqoriyasında qeydə alınıb - onların Rusiyaya idxalı Aİ sanksiyalarına əsasən qadağandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?