Modern.az

Almaniyanın cənubunda atışma - Ölənlər var

Almaniyanın cənubunda atışma - Ölənlər var

Dünya

14 İyul 2024, 17:47

Almaniyanın cənub-qərbindəki Albstadt şəhərində (Baden-Vürtemberq federal əyaləti) atışma nəticəsində bir neçə nəfər ölüb.

 

Modern.az “Bild” qəzetinə istinadən xəbər verir ki, atışmada daha bir neçə nəfər yaralanıb.

 

Nəşrin məlumatına görə, atəş açan ovçu olub. Hazırda onlarla polis maşını və iki xilasedici helikopter hadisə yerindədir.

 

"Sudwest Presse" qəzetinin yazdığına görə, cinayətdən əvvəl ailə münaqişəsi baş verib, nəticədə kişi üç ailə üzvünü öldürüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri