İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-nin texnologiya nəhəngi “Amazon” şirkətinə məxsus məlumat emalı mərkəzini hədəfə alıb.
Modern.az xəbər verir ki, bu barədə İranın dövlət telekanalı məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirib ki, ABŞ-yə kəşfiyyat dəstəyi göstərilməsində mühüm rol oynayan Amerika şirkəti “Amazon”un kəşfiyyat məlumatları mərkəzi hədəfə alınaraq məhv edilib.
İranın bu iddialarına hələlik nə “Amazon”, nə də Bəhreyn rəsmiləri münasibət bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb