Modern.az

ABŞ SEPAH-ın qərargahını vurdu

ABŞ SEPAH-ın qərargahını vurdu

Dünya

24 İyul 2026, 11:26

ABŞ Gilan əyalətinin şimalında yerləşən SEPAH Hərbi Dəniz Qüvvələrinin qərargahına zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə  "Fars" xəbər agentliyi məlumat yayıb. 

"Zibakenar şəhərində yerləşən Həzrət Seyid əş-Şuhada dəniz qüvvələrini qərargahı Amerika qüvvələri tərəfindən hücuma məruz qalıb", - deyə açıqlamada bildirilir.

İlkin məlumatlara görə, hücum nəticəsində heç kim xəsarət almayıb.

Bu arada ABŞ Mərkəzi Komandanlığı Amerika ordusunun İrana daha bir sıra zərbələr endirdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri