Modern.az

CHP-də istefa dalğası: Özgür Özel "Yeni Partiya” yaratdı - 90 deputat ona qoşuldu

CHP-də istefa dalğası: Özgür Özel "Yeni Partiya” yaratdı - 90 deputat ona qoşuldu

Dünya

24 İyul 2026, 12:14

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel bu siyasi təşkilatdan istefa verib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özgür Özelin tərəfdarı olan 90 deputat da onunla birlikdə partiyadan ayrılıb.

CHP-dən istefa verən Özgür Özelin "Yeni Partiya” adlı siyasi təşkilat yaradığı da bildirilib.

Məlumatda qeyd olunur ki, bu istefalardan sonra CHP parlamentdə cəmi 44 deputatla təmsil olunmaq məcburiyyətində qalacaq.

Baş verənlər CHP-nin rəsmən parçalandığını təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi