Modern.az

Tezliklə sülh müqaviləsinin mətni Azərbaycana göndəriləcək - Qriqoryan

Tezliklə sülh müqaviləsinin mətni Azərbaycana göndəriləcək - Qriqoryan

Aktual

14 Fevral 2023, 15:22

Ermənistan sülh müqaviləsinin mətni üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

 

O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.

 

Ermənistan rəsminin sözlərinə görə, təkliflərdə Qarabağla bağlı maddələr də var. O əlavə edib ki, hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır.

 

Qeyd edəki, bu yaxınlarda Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana yeni təkliflər göndərib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi