Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 8,51 kilometr dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 06:51-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.