Modern.az

Qarabağda məhv edilən erməni hərbçilərin ilk böyük SİYAHISI

Qarabağda məhv edilən erməni hərbçilərin ilk böyük SİYAHISI

Страна

6 Aprel 2016, 15:41

Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən erməni hərbçiləri ilə bağlı daha bir tam olmayan siyahı açıqlanıb. Modern.az Ermənistan mediasına istinadən biuldirir ki, düşmən tərəf itkilərinin sayını gizlədərək 29 nəfər olduğunu iddia etsə də, Azərbaycan ordusunun ağır zərbələri nəticəsində məhv edilən erməni hərbçilərinin sayının bundan qat-qat çox olduğu şübhəsizdir.

Qarşı tərəfin iddiasına görə, son döyüşlərdə 29 hərbçi həlak olub (onların 7-nin zabit-gizir olduğu bildirilir), 101-i yaralanıb (20-si zabit-gizirdir), 28 hərbçi isə itkin düşüb.

Amma bu gün qondarma "Dağlıq Qarabağ Respublikası"nın Rusiyadakı nümayəndəliyinin birinci dərəcəli "müşaviri" Melik  Şahnazarov deyib ki, Qarabağdakı döyüşlərdə 50 erməni hərbçisi ölüb, 100-dən çoxu yaralanıb.

Onun sözlərinə görə, öldürülən hərbçilərdən 26 nəfəri itkin düşüb: ”Onlar həqiqətən öldürülüblər, meyitləri Azərbaycanın ələ keçirdiyi ərazilərdə qalıb”.

Məhv edilən hərbçilərdən ad-soyadları açıqlanan bunlardır:

 1. Armenak Urafanyan, 26 yaş, kapitan

2. Sasun Mkrtçyan, 27 yaş, müqavilə ilə xidmət edən pulemyotçu

3. Nodarik Marqaryan, 53 yaş, müqavilə ilə xidmət edib

4. Kyaram Sloyan, 20 yaş, əsgər

5. Yuriy Paramazyan

6. Cozef Mailyan, 38 yaş, mayor

7. B.Ayk Torosyan, 31 yaş, rəis,  mayor

8. Merujan Stepanyan, 23 yaş, baş leytenant

9. Ruben İskandaryan, 23 yaş, kiçik çavuş

10. Merujan Stepanyan, 23 yaş, baş leytenant

11. Aqasi Asatryan, 20 yaş, əsgər

12. Con Abrahamyan, 31 yaş, əsgər

13. B.B. Sərkisyan, 27 yaş, kiçik çavuş

14. Cozef Kirakosyan, 28 yaş, komandir, kapitan

15. Narek Mkrtçyan,  20 ya., sıravi

16 Rafik Akopyan, yaş, əsgər

17. Sarkis Saakyan, 21 yaş, əsgər

18. A.Abramyan, 20 yaş, əsgər

19. Aramais Mikaelyan, 20 yaş, əsgər

20. Vardan Tadevosyan, 26 yaş, müqavilə ilə xidmət edən əsgər,

21. Qaqik Melkonyan, 34 yaş, gizir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı