Türkiyə Radio və Televiziya Qurumunun (TRT) icraçı direktoru İbrahim Şahin Modern.az saytına müsahibə verib.
- Türk dünyasını bir araya gətirmək yönündə fəaliyyətiniz nə yerdədir?
- TRT Avaz Türk dünyasını bir araya gətirən teleməkandır. Bura Türkiyədən TRT Avaz, Azərbaycandan İctimai Televiziya və həfətədə bir dəfə Qırğızıstan televiziyası qoşulur, üçlü pəncərə olur.
- Qazaxıstandan və başqa Türk dövlətlərindən telekanalların bura qoşulması istiqamətində hansı işlər görülür?
- Bütün ölkələrdə görüşlər keçirmişik. Qazaxıstanla söhbətləri demək olar ki, başa çatdırmaq üzərəyik. Qırğızıstanla oradakı hadisələrdən öncə danışıqlar başa çatıb. Bu ölkə ilə də Azərbaycanla olduğu kimi, canlı yayına başlayacağıq. Deyə bilərəm ki, bütün Türkdili ölkələrdə bu məsələ ilə bağlı görüş keçirmişik. Konkret olaraq, TRT Avaz-da Azərbaycanla canlı yayınımız var. Qırğızıstanla canlı yayına keçmək üçün demək olar ki, razılaşmışıq. Qazaxıstanla danışıqlarda böyük irəliləyiş əldə etmişik. Türkmənistan və Özbəkistanla danışıqlar davam edir, amma hələ bir nəticə almamışıq.
- Əməkdaşlığın yalnız mədəniyyət sahəsində olmasının səbəbi nədir?
- Mədəniyyət əlaqələri başlayınca, iqtisadi, ticari əlaqələr bunun ardınca gəlir. Bu sahə bizimlə əlaqəli deyil. TRT olaraq biz sadəcə verlişləri efirə verməklə məşğuluq.
- Azərbaycan televiziyalarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- AzTV daha çox dövlət yönümlü verlişlər yayımlayır. İTV isə daha əyləncəli, bizim ailə kanallarına oxşar yayım formatı göstərir. Amma tərkib etibarı ilə fərqlidir, bir sıra şeylər inkişaf etdirilə, düzəldilə bilər. Məsələn, mədəniyyət sahəsində sizin televziyalarınız daha yaxşıdır, şeirlər, sənət, çalğıçılar, əvvəldən qarşlıqlı əlaqələrlə inkişaf etdirilə bilər.
- Bütün dünyada sanki TV-lər sanki insanları əyləndirmək missiyasını üzərinə götürüb, buna siz necə baxırsınız?
- Özəl televizyaların yayımladığı bir sıra ailə serialları var ki, bu məsələdən onlar da narahatdırlar. Amma bu hər kəsin elə yaşaması mənasını vermir. Məsələn, biz heç birimiz ayaqqabılarla evə girmirik, seriallarda isə evə ayaqqabılarla keçirlər. Bayramlarda bir-birilərinə içki hədiyyə edirlər, amma bizdə elə bir şey yoxdur. Amerika filmlərinə baxdıqda sanki yaxşı yaşayış baş alıb gedir, amma Amerikaya gedib görərsiniz ki, Türkiyədən daha mühafizəkardırlar. Onun üçün seriallarda bu tip şeylər bir az şişirdilir, ona görə bunlara o qədər də diqqət verməmək lazımdır. Qaldı son zamanlar televiziyaların xəbərdən uzaqlaşıb, insanları əyləndirmə məsələsinə, mən bu fikirlə razılaşmıram. Əgər elə olsaydı, müstəqil xəbər kanalları fəaliyyətə başlamazdı. Əvvəllər bir kanalın içində xəbər, musiqi, digər proqramlar var idısə, indi kanallar bir sahə üzrə ixtisaslaşır. Xəbər kanalı, musiqi kanalı ayrı, ailə kanalı ayrı. Ona görə biz iki dənə xəbər kanalı yaratdıq. Elə olsaydı, insanlara sadəcə xəbər verməzdik. İndi yeni media-internet mediası dediyimiz şey var, TV-lər insanlara məlumat verməsələr belə, insanlar anındaca iernetdən istənilən məlumatı əldə edirlər.
Modern.az