Modern.az

18 yanvarın məşhurları…

18 yanvarın məşhurları…

Ölkə

18 Yanvar 2011, 10:46

18 yanvarda Azərbaycanın bir sıra tanınmış sənət adamlarının həyatında yaddaqalan gündür.

“Bir cənub şəhərini”nin rejissoru…

18 yanvar 1941-ci ildə kinorejissor Eldar Quliyev anadan olub. Rejissor, ssenarist E. Quliyev 7 yanvar 1941-ci ildə Bakıda doğulub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur. Bəstəkar Tofiq Quliyevin oğludur.
Ssenarist Nərminə Quliyevanın atasıdır.
Onun çəkdiyi “Bir cənub şəhərində”, “Babək” filmi populyardır.

45 il rəqs edən xanım

18 yanvar 1947-ci ildə Azərbaycanın xalq artisti  Afaq Məlikova anadan olub. Məşhur rəqqasə oan Afaq Süleyman qızı Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda dünyaya gəlib. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyublar.
Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlib.
Afaq xanım 1963-1974 - cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1974 - cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Bir sıra xarici ölkədə (Türkiyə, Misir, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış edib.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.

Teletamaşaların tanınmış yazarı

18 yanvar hımçinin tanınmış ssneraist Seyfəddin Dağlının vəfat etdiyi gündür. Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci avqustun 27-də Xızıda dоğulub. Bir müddət “Kоmmunist” və “Оrdu”qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radiо Kоmitəsində baş redaktоr (1956-1959), sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktоru оlub. “Azərbaycanfilm” kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş охucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

18 yanvar 1955-ci ildə məşhur hollivud aktyoru Kevin Kostner doğulub. Onunla eyni  gündə, amma 340 il əvvəl fransız filosofu Monteskyü anadan olub.

Bu gün tarixə müxtəlif hadisələri də həkk edib.
1926 — Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib
1990 — Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib
1990 — 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
1258 — Hülakü xan Bağdadı mühasirəyə alıb.
1654 — Rus İmperiyası Ukraynanı işğal edib.
1778 — İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib.
1825 — Moskvada “Bolşoy Teatr” açılıb.
1871 — Alman İmperiyası (İkinci Reyx) elan edilib.
1896 — Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda xalqa tanıdıldı. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə vermişdi ki, nə cür bir şüanın olduğunu o zaman Fizikaya bəlli deyildi.
1919 — Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
1923 — BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilib.
1926 — “Knyaz Potyomkin zirehli gəmisi” filmi ekranlara çıxıb.
1927 — Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib.
1943 — Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1991 — “Səhrada tufan” əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb.
1996 — Maykl Cekson ilə Lisa Marie Presleynin iki il davam edən evlilikləri boşanma ilə sona çatıb.
2005 — 800 sərnişin tutumlu “Airbus A380” təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı