Modern.az

19 il əvvəl vertolyotumuz vuruldu, 40-dan çox azərbaycanlı həlak oldu

19 il əvvəl vertolyotumuz vuruldu, 40-dan çox azərbaycanlı həlak oldu

Ölkə

28 Yanvar 2011, 14:57

Ermənistan dövlətinin və erməni diasporunun  maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub.

Bu gün ermənilərin Azərbaycana qarşı törətdikləri bir teraktdan 19 il il ötür.
Modern.az saytının məlumatına görə, 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub.

Hadisə nəticəsində çoxu qadın və uşaq olan 44 nəfər həlak olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı