Modern.az

Qız qalası tarixi görkəminə qaytarılır (FOTOLAR)

Qız qalası tarixi görkəminə qaytarılır (FOTOLAR)

Страна

13 İyun 2011, 17:14

İçərişəhərdəki Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb.

Bu barədə Modern.az saytına “İcərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri məlumat verib. Onun sözlərinə görə, Qız qalası abidəsinin bərpa və muzey konservasiya işlərinə Avstriyanın  bərpaçı mütəxəssisi Erix Pummerin rəhbərlik edəcək.

Bərpa zamanı istifadə olunacaq materiallara isə Almaniyanın “Remmers” şirkətinə məxsus materiallardır.

Qeyd edək ki, Qız Qalasına uzun müddət lazımi diqqət göstərilməyib.

Bu səbəbdən də ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq.

Ümumən abidənin tarixi görkəminə qaytarılması planlaşdırılır.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı