Modern.az

Etibar Məmmədov iqtidarla müxalifəti dialoqa çağırdı...

Etibar Məmmədov iqtidarla müxalifəti dialoqa çağırdı...

کشور

22 İyun 2011, 14:06

 “Ölkənin siyasi həyatında hər hansı bir gərginliyin olduğunu görmürəm”

“Ölkənin siyasi həyatında hər hansı bir gərginliyin olduğunu görmürəm”. Bu sözləri Modern.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov son aylar ölkənin ictimai-siyasi vəziyyətində böhranlı vəziyyətin olması ilə bağlı siyasi partiya rəhbərlərinin səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

AMİP liderinin sözlərinə görə, iqtidar və müxalifət münasibətləri arasında gərginlyin olması barədə səslənən ekspert rəylərini bölüşmür. “Doğrudur, münasibətlərdə problemlər var, amma bu gərginlik deyil”-deyə E.Məmmədov bildirib.

Bununla yanaşı AMİP lideri iqtidarla müxalifət düşərgəsi arasında qarşılıqlı etimadın bərpa üçün dialoqun tərəfdarı olduğunu söyləyib.
“Dialoq həmişə vacibdir”-deyən E. Məmmədov bunula bağlı danışıqlara başlamaq üçün təklifləri dialoq aparan tərəflərdən asılı olduğunu deyib. “Mən bu dialoqun predmeti barədə bir söz deyə bilmərəm. Bunu dialoq aparan tərəflər müəyənləşdirməlidir”-deyə AMİP lideri vurğulayıb.

“Hakimiyyətlə müxalifət arasında dialoqun başlanması üçün vasitəçilik təklifləriniz ola bilərmi” sualına E.Məmmədovun cavabı mənfi olub. “Mənim belə bir təkliflə çıxış etmək niyyətim və fikrim yoxdur”-deyə o bildirib.    

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı