Modern.az

Şirməmməd Hüseynov: “Səhhətim yaxşıdır, məni əməliyyat edən həkimlərə minnətdəram”

Şirməmməd Hüseynov: “Səhhətim yaxşıdır, məni əməliyyat edən həkimlərə minnətdəram”

Ülke

23 İyun 2011, 17:28

Mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov əməliyyatdan sonra özünün yaxşı hiss etdiyini söyləyib. Azərbaycan jurnalistlərinin müəllimi Modern.az-a açıqlamsında səhhəti ilə bağlı heç bir problemin olmadığını vurğulayıb:
“Əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Səhhətimdə də artıq problemlər yoxdur. Bunla bağlı məni əməliyyat edən həkimlərə, o cümlədən Ceyhun Topçubaşova da minnətdarlığımı  bildirirəm” deyə 86 yaşlı korifey jurnalist əlavə edib.

Qeyd edək ki, Şirmməməd Hüseynov bu ilin əvvəlində Mərkəzi Klinik Xəsətəxanada əməliyyat olunmuşdu.

Aytən ƏLIYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı