Modern.az

Vergilər Nazirliyinin 2 əməkdaşı cinayət başında yaxalandı

Vergilər Nazirliyinin 2 əməkdaşı cinayət başında yaxalandı

Country

16 Avqust 2011, 14:44

Vergilər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, vətəndaş Həbibova Kəbirə Ruhulla qızı 12.08.2011-ci il tarixdə ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək özlərini həmin Nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama  apardıqlarını və pul tələb etdiklərini göstərib.

Şikayətlə bağlı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Xüsusi rejimli müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Cəlilov Xəyal Xəlil oğlu və Vergilər Nazirliyinin sərəncamında olan Dadaşov İlham Əliş oğlu "Ləziz" kafesinə gəlib, hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, vergi müfəttişləri kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar vergi qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı qanunsuz yoxlama aparıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Həbibova Kəbirə Ruhulla qızına işəgötürən kimi vətəndaş Şirinova Gülnarə Cəbrayıl qızı ilə əmək müqaviləsi bağlamadığı üçün Vergi Məcəlləsinin tələblərinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməklə 1000 manat məbləğində cərimə olunacağını bildirərək, inzibati xəta törətməsi ilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər. K.Həbibova tələb olunan pulu onlara həmin gün saat 18.00 radələrində verəcəyini bildirib.

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Cəlilov və İ.Dadaşov tələb etdikləri pulu K.Həbibovadan alarkən cinayət başında yaxalanıblar.

Kifayət qədər əsaslar olduğuna görə toplanmış material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən cinayət içi başlanıb. Törətdikləri cinayət əməllərinə görə X.Cəlilov və İ.Dadaşov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı