Modern.az

Müəllim və həkimlərə dövlət qulluğunun xüsusi növü nə vaxt veriləcək?

Müəllim və həkimlərə dövlət qulluğunun xüsusi növü nə vaxt veriləcək?

Ölkə

18 Oktyabr 2011, 10:38

Təhsil və səhiyyə müəssislələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev bu ilin aprel ayının 20-də sərəncam imzalayıb.  Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

İndi ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Prezidentin imzaladığı sərəncamın vaxtından nəinki üç ay, artıq altı ay keçib və Konsepsiya layihəsinin hazır olub-olmadığı barədə hələ də bir yenilik yoxdur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də Modern.az-ın əməkdaşının “təhsil və səhiyyə işçilərinə dövlət qulluğu statusunun verilməsi ilə bağlı Konsepsiyanın hazırlanmasında yenilik varmı” sualını cavablandırarkən bildirib ki, bununla bağlı onlar da heç nə deyə bilməzlər.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı