
İnsan həyatı boyunca nə qədər piyada gəzir? Nə qədər söz danışır? Nə qədər yatır? Və neçə il işləyir?
Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə elm adamları bu sahədə araşdırma aparıb və bir insanın ortalama yaşının necə keçdiyini müəyyən ediblər.
Məlum olub ki, bir insan doğulduğu gündən ölənəcən
- 130 min km piyada gəzir
- 90 milyon söz danışır
- 18 il ayaq üstə qalır
- İki üzgüçülük hovuzunu dolduracaq qədər tüpürür
- 25 min at gücü enerji sərf edir.
- 300 ton ağırlıq qaldırır
- 26 il yatır
- Orta hesabla 2 il telefonla danışır.
İnsandın bədənində toplam qəlib sabunu əridəcək qədər yağ toxumaları var.
Orta boylu bir insan mismardakı dəmir miqdarında dəmirə sahibdir.
Bir insan bədənində qəhvə fincanı qədər şəkər var.
Bundan əlavə, insan bədəni 2000 kibrit dənəsini yandıracaq qədər fosfora sahibdir.
Bir insan orta hesabla 70 il yaşayır.
Bunun yarısı gecədə keçir və insan bu vaxt əsasən yatır.
Qalan 35 ilin 5 ili uşaq vaxtına həsr olunur və bu zaman nə etdiyi məlum deyil.
Yerdə qalan 30 ilin 5 ili yaşlılıq vaxtına həsr olunur ki, həyatın bu qismindən də bir çox şey anlaşılmazdır.
25 ilin 15 ilini işləyərək keçirir.
Yerdə qalan 10 ilin 5-ni tualet və hamam kimi ehtiyaclarını qarşılamaq üçün keçirir.
Və bundan sonra 5 il qalır. Su kimi axıb gedən bu 5 ildə isə insanlar ya yaşayır ya da yaşamır.
Modern.az