Modern.az

74 yaşlı Əkrəm Əylisli: "Təmtəraqlı ad günü keçirməyi xoşlamıram"

74 yaşlı Əkrəm Əylisli: "Təmtəraqlı ad günü keçirməyi xoşlamıram"

Country

6 Dekabr 2011, 10:50

6 dekabr tarixi Azərbaycanın xalq yazıcısı Əkrəm Əylislinin ad günüdür. 74 yaşını qeyd edən yazıcı Modern.az saytına verdiyi açıqlamada deyib ki, ad gününü ailəsi ilə birgə qeyd edəcək. “Ad günümü iki gözəl nəvəmlə, ailəmlə birgə keçirəcəm. Ad günlərini təmtəraqlı qeyd etməyi xoşlamıram”.

Doğum tarixlərini təmtəraqlı keçirməyin tərəfdarı olmadığını deyən yazıcının sözlərinə görə, belə ad günləri daha çox tədbirə oxşayır. Ona görə də Ə.Əylisli doğum gününü həmişə yalnız ailə üzvləri ilə birgə qeyd etməyi üstün tutur.

“Hər zaman ad günümü ailəmlə birgə keçirirəm. Əgər ürəyim dostlarımla olmaq istəyərsə, görüşüb onlarla bir yerdə otururam, vəssalam...”. 

Əkrəm Nəcəf oğlu Naibov-Əylisli 1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Xalq yazıçısı, əməkdar incəsənət xadimidir. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir. Pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub, publisistik məqalələri geniş ictimai rəy doğurub. Dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1962-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləyib. 1964-cü ildən «Kommunist» qəzetinin ədəbi işçisi, 1965-ci ildən Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşı, 1968-ci ildən «Gənclik» nəşriyyatının baş redaktoru olub. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasının ssenariçisi, 1971-ci ildən «Mozalan» satirik kinojurnalının baş redaktoru, 1973-cü ildən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru, 1978–1983-cü illərdə «Azərbaycan» jurnalının baş redaktoru, 1988–1989-cu illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, 1992–2003-cü illərdə «Yazıçı» nəşriyyatının direktoru vəzifələrində çalışıb.
Bitərəfdir.
2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Evlidir, 2 övladı var.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı