Modern.az

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 3-cü qalib seçilib

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 3-cü qalib seçilib

Страна

18 Dekabr 2011, 17:02

“Evrovision 2012” milli seçim turlarının 3-cü həftəsi də başa çatıb. Bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olub.

Modern.az xəbər verir ki, iştirakçılar həftənin 5 günü Ictimai Televiziyadakı canlı yayımda ifa və performanslarını təqdim ediblər. Şənbə günü qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi seçilib.

Bu həftənin birincisi Xəyyam Mustafazadə olub. Səsvermənin nəticələri aşağıdakı kimi olub:

Xəyyam Mustafazadə
Altun Zeynalov
Anar Səfərov
Rövşən Əzizov
Rüstəm Əlləzov
Aysel Quluzadə
Fərid Ramazanov
Aytac Vəliyeva
Yelena Kərimova
 
Beləliklə artıq 3 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Orxan Kərimli, Məryam Kərimova və Xəyyam Mustafazadədir. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı