Modern.az

1000-ə yaxın neftçi dənizdən təxliyyə OLUNDU

1000-ə yaxın neftçi dənizdən təxliyyə OLUNDU

Country

8 Fevral 2020, 14:05

Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) dənizdəki neftçilərin təhlükəsizliyini gücləndirib.

 

Bu barədə Modern.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

“Havanın dəyişməsi ilə əlaqədar olaraq bütün təhlüksizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Açıq platformalarda bütün işlər dayandırılıb. Dünəndən etibarən 1000-ə yaxın neftçi təxliyyə olunub, sahilə çıxarılıb. Hazırda platformalarda növbətçilik təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin gəmiləri də növbətçilik rejimindədir”.

 

Səkinə ƏLƏKBƏROVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı