Modern.az

Vəzifədən sui-istifadə etməklə bağlı Hesablama Palatasına 87 müraciət olunub

Vəzifədən sui-istifadə etməklə bağlı Hesablama Palatasına 87 müraciət olunub

Country

3 Aprel 2013, 11:39

2012-ci ildə Hesablama Palatasına 171 vətəndaş müraciəti daxil olub. Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə daxil olmuş hesabatında bildirilir.
Bu rəqəm ötən dövrlə müqayisədə 76 müraciət və ya 80% çoxdur. Bu müraciətlərdən 87-si vəzifədən sui-istifadə ilə bağlı olub ki, bu da 2011-ci illə müqayisədə 37 müraciət və ya 74% çoxdur. Sosial məsələlər ilə bağlı isə 48 müraciət daxil olub. Bu da 2011-ci illə müqayisədə 31 müraciət və ya 2,8 dəfə çoxdur.
Bu müraciətlərin əksəriyyəti vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi barədə olub.
Bunlar müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Audit tədbirlərinin keçirilməsi ilə bağlı vətəndaşlardan 14 müraciət daxil olub ki, bununla bağlı Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılmasının mümkün olmaması və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə hazırlanacaq İş planlarında nəzərə alınmasının mümkün olması barədə vətəndaşlara məlumat verilmişdir. Bundan başqa, daxil olan müraciətlərdən 3-ü Hesablama Palatasının rəhbərliyinin qəbulu ilə bağlı, 19-u iş ilə təmin olunmaq barədə olubr. Qeyd etmək lazımdır ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlər ilə bağlı olmuşdur.
Hesabat dövründə daxil olan müraciətlər əsasən Bakı (48), Sumqayıt (2), Cəlilabad (8), Bərdə (15), Masallı (3), Ağdam (2), Ağcabədi (7), Biləsuvar (3), Zərdab (7), Saatlı (1), Sabirabad (1), Ağstafa (1), Mingəçevir (3), Beyləqan (1), Şəki (12), Lerik (2), Zaqatala (1), Goranboy (1), Quba (2), Balakən (1), Şəmkir (3), Ağsu (2), Daşkəsən (2), Gədəbəy (1), Lənkəran (3), Salyan (1), Göyçay (1), Laçın (2), Hacıqabul (1), Abşeron (20) rayonları üzrə, 14-ü isə e-mail vasitəsi ilə daxil olub.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı