Modern.az

Əli Kərimli oğlundan danışdı: “Yataqxanada qalır, maşını da yoxdur" - FOTO

Əli Kərimli oğlundan danışdı: “Yataqxanada qalır, maşını da yoxdur" - FOTO

Ölkə

2 İyul 2013, 17:55

AXCP sədri Əli Kərimli ilk dəfə mətbuatda ailəsi haqqında danışıb. Modern.az-ın məlumatına görə, “Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonağı olan Əli Kərimli Böyük Britaniyanın Bristol Universitetində təhsil alan oğlu Türkel Kərimlinin yataqxanada qaldığını deyib. AXCP sədrinin sözlərinə görə, oğlu maşını olmadığı üçün təhsil aldığı məktəbə piyada gedir.

“Mənim oğlum Bristol universitetində hüquq təhsili alır. Mən onunla fəxr edirəm.Bu ilin imtahanlarını çox uğurla yekunlaşdırıb. Hamı kimi o da yataqxanada qalır. Mənim oğlumun evi yoxdur, maşını yoxdur. Piyada gedir məktəbə. İctimai nəqliyyatdan istifadə edir. O, yaxşı oxuduğuna görə, mən onunla fəxr edirəm. Bütün imtahanlarını da uğurla başa vurub. Çalışacam ki, Azərbaycanın bütün gəncləri yaxşı təhsil ala bilsinlər”-deyə AXCP sədri bildirib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli 3 uşaq atasıdır. İki oğlu və bir qızı var. Böyük oğlu Türkel Kərimli İngiltərədin Bristol Universitetində Hüquq fakültəsində təhsil alır. Qızı Selcan isə orta məktəbdə oxuyur. AXCP sədinin ən kiçin oğlu Timur isə bu ilin martında dünyaya gəlib.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı