Modern.az

Məhkəmə Əli Kərimlinin oğluna 25 sutka həbs cəzası kəsdi

Məhkəmə Əli Kərimlinin oğluna 25 sutka həbs cəzası kəsdi

Ölkə

23 Sentyabr 2013, 17:08

Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin və onun dostu Ulvi Nuriyevlə cəbhəçi Coşqun Salahzadənin məhkəməsi bitib.
Modern.az xəbər verir ki, AXCP mətbuat xidmətinin məlumatına görə, Nəsimi rayon məhkəməsində proses qapalı keçirildiyindən jurnalistləri iclasa buraxmayıblar.

Hakimlərin bir saatlıq müşavirəsindən sonra məhkəmə Türkel Kərimliyə 25 sutka həbs cəzası kəsib.
Nəsimi rayon Məhkəməsində Ülvi Nuriyev və Coşqun Salahov barəsində isə 30 sutkalıq inzibati həbs qərarı seçilib.

T.Kərimli və dostlarına qarşı İnzibati Xətallar Məcəlləsinin 310.1 maddəsi (polisə tabe olmamaq) ilə ittiham irəli sürülüb.

AXCP sədri Əli Kərimli bildirib ki, oğlu onun siyasi fəaliyyətinə görə saxlanılıb.

Türkel Kərimli Milli Şuranın sentyabrın 22-də keçirilmiş mitinqindən sonra iki dostu Ülvi Nuriyev və Coşqun Salahovla birgə saxlanılıb. Daxili İşlər Nazirliyi bəyan edib ki, T.Kərimli və dostları prezidentliyə namizədlərin plakatlarını cırarkən saxlanılıb və polisə tabe olmayıb.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı